Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 21:36
Azərbaycan Premyer Liqanın sonuncu turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun vaxtı dəyişdirilib.
Qol.az-ın məlumatına görə, matç əvvəlcədən nəzərdə tutulduğu kimi, mayın 11-i yox, 12-i oynanılacaq. Buna səbəb Ağdam klubunun mükafatalandırma mərasimi ilə birinci divizionun oyunlarının üst-üstə düşməsidir.
Qərarın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" yarışın bitməyinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Komanda ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.