Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“LG” şirkətinin “OLED” televizorları “NVIDIA G-Sync Copatible” oyun dəstəyinə malik olacaq

“LG” şirkətinin “OLED” televizorları “NVIDIA G-Sync Copatible” oyun dəstəyinə malik olacaq

Tarix: 4 Noyabr 2019 14:20

“LG” şirkəti “NVIDIA G-Sync Copatible” oyun texnologiyasını dəstəkləyən proqram təminatının yeni versiyasını təqdim edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA.” resursuna istinadən yazır ki, müvafiq yenilənmənin yaxın bir həftə ərzində buraxılması planlaşdırılır. Proqram təminatı üçün nəzərdə tutulan modellər arasında “LG 2019 E9” (65 və 55 düymlü modellər) və “C9” seriyalı (77, 65 və 55 düymlü) “OLED” televizorları, eləcə də “B9” model sırasına aid 65 və 55 düymlü qurğular qeyd olunur.

 

İlkin mərhələdə proqram yenilənməsi Şimali Amerikanın ayrı-ayrı regionlarında, ilin sonunadək isə Avropa, Asiya, Yaxın Şərq, Cənubi Amerika, Afrika və digər ölkələrin bazarlarında satışa çıxarılacaq.

 

“NVIDIA G-SYNC” ilə uyğun dəstəyi təklif edən ilk televizorlar kimi “LG” yenidən ən qabaqcıl oyun texnologiyalarının yaradılmasına sadiqliyini nümayiş etdirib”, – şirkətin televizor məhsullarının planlaşdırılması bölməsinin baş vitse-prezidenti Sem Kim bildirib.

 

Məlumatların daxil edilməsində zəif yubanma və yüksəksürətli çağırış vaxtı titrək işıqvermənin olmaması ilə tamamlanacaq. Qeyd olunan effektlərin, “GeForce RTX 20” və “GTX 16 qrafik sürətləndiricilərinin mövcud olduğu 55 və 77 düym diaqonallı “OLED” modellər “NVIDIA G-Sync Copatible” texnologiyasını dəstəkləməyə başladıqdan sonra optimallaşdırılmış vizual effektlərə malik olacaqlar.

 

Nizam Nuriyev




Etiketlər:  şirkətinin OLED televizorları NVIDIA Sync Copatible oyun dəstəyinə malik olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ