Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Transferlərinə ən çox pul xərclənən futbolçular - SİYAHI

Transferlərinə ən çox pul xərclənən futbolçular - SİYAHI

Tarix: 7 Noyabr 2023 14:40

"Transfermarkt" futbolçu karyerası ərzində transferlərinə ən çox pul xərclənən oyunçuların siyahısını dərc edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, cədvəldə birinci yeri braziliyalı Neymar tutur.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən hücumçunun indiyə qədər transferlərinə ümumilikdə 400 milyon avro xərc çəkilib.

İkinci pillədə İtaliyanın "Roma" klubunun üzvü Romelu Lukaku qərarlaşıb. Belçikalının 8 keçidinə klublar 339 milyon avro ödəniş ediblər.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu isə 4 transferə 247 milyon avro ilə ilk "üçlüy"ü qapayıb.

Karyerası ərzində transferlərinə ən çox pul xərclənən 10 futbolçunun siyahısı:

1. Neymar (3 transferinə 400 milyon avro)

2. Romelu Lukaku (8 transferinə 339 milyon avro)

3. Kriştianu Ronaldu (4 transferinə 247 milyon avro)

4. Usman Dembele (3 transferinə 220 milyon avro)

5. Alvaro Morata (6 transferinə 189 milyon avro)

6. Filipp Koutinyo (5 transferinə 180 milyon avro)

7. Antuan Qrizmann (4 transferinə 180 milyon avro)

8. Kilian Mbappe (1 transferinə 180 milyon avro)

9. Anxel Di Mariya (4 transferinə 179 milyon avro)

10. Zlatan İbrahimoviç (7 transferinə 169 milyon avro)


Etiketlər:  Transferlərinə çox xərclənən futbolçular SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ