Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2023 20:24
İnfarktın əsas və xarakterik simptomlarından biri sinədə ürək nahiyəsində güclü kəskin ağrıdır. Ağrı nitroqliserinin qəbulundan sonra keçmir, getdikcə artır.
Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda infarkt özünü qeyri-adi simptomlarla büruzə verir. İnsan bu simptomları düzgün qiymətləndirməyə bilər ki, nəticədə bu çox ağır fəsadlara və hətta insanın ölümünə gətirib çıxarda bilər.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, tanınmış rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, qadınlar və diabet xəstələrində infarkt zamanı sinədə xarakterik ağrı olmaya bilər. Həkim infarktın qeyri-adi simptomlarını sadalayıb:
- Soyuq tər
- Zəiflik
- Nəfəsalma problemləri
- Təngənəfəslik
- Öskürək.
Həmçinin həkim əlavə edib ki, infarkt həzm pozulmaları simptomları (mədədə yanma hissi, mədə qıcqırması) ilə müşayiət oluna bilər.