Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstərmişlər

Prezident: Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstərmişlər

Tarix: 8 Noyabr 2023 16:21

Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlətimizin başçısı qeyd edib: "Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər".

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc peşəkarlıq fədakarlıq göstərmişlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ