Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 18:52
Kolumbiya Prezidenti Qustavo Petro içərisində 20 milyard dollarlıq xəzinə olan ispan kalyonu "San Xose"nin mümkün qədər tez Karib dənizinin dibindən çıxarılması barədə göstəriş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, gəmi 1708-ci ilin iyununda Britaniya gəmisi ilə döyüş zamanı batıb.
"San Xose"də qızıl, gümüş və zümrüdlərlə dolu sandıqlar var. Ekspertlərin fikrincə, xəzinələrin ümumi dəyəri 4-20 milyard dəyərindədir.
Kolumbiya lideri Qustavo Petronun bu qərarı onun səlahiyyət müddətinin 2026-cı ildə başa çatması ilə bağlıdır.
Eyni zamanda, ABŞ-nin "Glocca Morra" şirkəti tapıntıya iddia edir - onun nümayəndələri gəminin qalıqlarını ilk özlərinin tapdıqlarını iddia edirlər və məhkəmə vasitəsilə təxminən 10 milyard dollar (yəni mənfəətin yarısını) tələb edirlər.