Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ Azərbaycandır!” adlı konsert təqdim olundu - FOTO

“Qarabağ Azərbaycandır!” adlı konsert təqdim olundu - FOTO

Tarix: 9 Noyabr 2023 14:48

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun əsərlərindən ibarət konnsert təqdim olunub.

"Qarabağ Azərbaycandır!" adlı konsertdə bəstəkarın vətənpərvərlik ruhunda yazdığı əsərlər təqdim olunub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamovanın aparıcılığı ilə keçən tədbirdə bəstəkarın yaradıcılıq yolundan söz açılıb və təqdim olunan  əsərlər haqqında məlumat verilib.

Konsert proqramında bəstəkarın "Cümhuriyyət marşı", şəhid Xəyyam Əliyevin xatirəsinə həsr olunan "Duyğular", "Həzin musiqi", Tar və simfonik orkestr üçün konsert, "Zəfər", "Qala" və "Qarabağ Azərbaycandır!" əsərləri səslənib.

Milli.Az


Etiketlər:  Qarabağ Azərbaycandır adlı konsert təqdim olundu FOTO


RƏYLƏR