Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 18:00
Bakı. Trend:
Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb.
Trend-in məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal rəqabətlilik hesabatı”nda deyilir.
Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksi 70,8-ə bərabər olub.
Azərbaycan bu indeksdə ABŞ (69,2) , Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi ölkələri qabaqlayaraq 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.
Reytinqdə 1-ci yerdə 96 indekslə Yaponiya yer alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin