Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin Avropadakı baş müşaviri istefa verdi

Baydenin Avropadakı baş müşaviri istefa verdi

Tarix: 10 Noyabr 2023 07:38

ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti məmurun özünə istinadən məlumat yayıb.

Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı "vahid cəbhə"nin qurulmasına cavabdeh olub.

"Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum", - Slout deyib.

Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.

Milli.Az


Etiketlər:  Baydenin Avropadakı baş müşaviri istefa verdi


RƏYLƏR