Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı

Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı

Tarix: 10 Noyabr 2023 13:30

Avrokubokların qrup mərhələsinin IV turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə (Almaniya) oyunundan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Buna Ağdam təmsilçinin 0:1 hesablı məğlubiyyəti səbəb olub. Avropada yenə 29-cu olan Azərbaycanın hesabında 17,875 xal var.

Qarşılaşmalardan sonra "qonşularımız"ın siyahıdakı yerində dəyişiklik olub. Slovakiya 26-cı, Bolqarıstan 27-ci pilləyə yüksəlib. Əvəzində Rusiya 28-ci pilləyə enib. Azərbaycan onlardan 0,857 xal geri qalır.

Cədvələ 95,053 xalla İngiltərə başçılıq edir. İkinci yerdə İspaniya (82,114) qərarlaşdığı halda, İtaliya "üçlüy"ü (78,426) qapayır.

Milli.Az


Etiketlər:  Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ