Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 14:12
"Ukrayna ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa hazır deyil".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində deyib.
Onun sözlərinə görə, Ukrayna ölkənin Aİ-yə daxil olması ilə bağlı ambisiyaları barədə danışmağa hər cəhətdən hazır deyil: "Danışıqlara başlamaq olmaz, bu Macarıstanın aydın mövqeyidir".
Xatırladaq ki, noyabrın 8-i Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstana Aİ-yə üzv olmaqla bağlı namizəd statusunun verilməsini, eləcə də bir neçə şərtə əməl etməklə Ukrayna və Moldova ilə ittifaqa daxil olmaqla dair danışıqlara başlamağı tövsiyə edib.