Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaca məşhur şirkət fırıldaqçıların qurbanı oldu: 333 min avro ziyana düşdülər

Dünyaca məşhur şirkət fırıldaqçıların qurbanı oldu: 333 min avro ziyana düşdülər

Tarix: 10 Noyabr 2023 17:26

Gürcüstanda külli miqdarda ziyan vurmuş transmilli cinayətin üstü açılıb. Belə ki, iki fiziki və bir hüquqi şəxs 333 min avronun yuyulması ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xarici şirkət olan "Procter & Gamble"ə saxta mesaj göndəriblər, şirkət də Gürcüstandakı qondarma müəssisənin hesabına 333 132 avro vəsait göndərib. Bundan sonra fırıldaqçılar göstərilən məbləği xaricə köçürüblər.

Saxlanılan şəxslər qanunsuz gəlirlərin yuyulmasında ittiham olunurlar və onları doqquz ildən on iki ilə qədər həbs gözləyir.

Gürcüstan Prokurorluğu araşdırmanı davam etdirir.

Milli.Az


Etiketlər:  Dünyaca məşhur şirkət fırıldaqçıların qurbanı oldu avro ziyana düşdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ