Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Axı nə etmişəm ki, ''niyə ölmür'' yazırlar''

''Axı nə etmişəm ki, ''niyə ölmür'' yazırlar''

Tarix: 10 Noyabr 2023 18:10

"Təsəvvür edin, əyləşmisən evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu niyə görə belədir?" 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Qum saatı" verilişində deyib. O, haqqında səsləndirilən bəzi fikirlərə belə reaksiya verib:

"Yaxınım var deyir ki, "bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar". Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Və ya siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Axı nə etmişəm ki, "niyə ölmür" yazırlar. 


Etiketlər:  Axı etmişəm niyə ölmür yazırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ