Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 17:42
36 gündür ki, mülki əhali birbaşa hədəfə alınıb. Qəzzada xəstəxanaların, məktəblərin və qaçqın düşərgələrinin bombalandığı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi tarixdə görünməmiş barbarlıqla qarşılaşırıq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.
"Qəzzada zülm qarşısında susanlar da zalımlar qədər qana şərikdirlər. Hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğınlar qarşısında susması utancvericidir. Qərbin münasibəti acizlik və qorxaqlıqdır. İsraili dəstəkləyən ölkələr meydanların səsini eşitməlidir", - Ərdoğan bildirib.