Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 20:56
Bakı. Trend:
Hindistan sakini mərcə 50 yumurta yeməyə çalışarkən ölüb.
Trend-in məlumatına görə, 42 yaşlı Subhaş Yadav bazarda tanışı ilə mübahisə edib.
Mübahisəni həll etmək üçün o, 2000 rupi müqabilində (30 dollara yaxın) 50 yumurta yeməyə razılaşıb.
Amma 41 yumurta yedikdən sonra S.Yadavın halı pisləşib. Xəstəxanaya aparılan şəxs bir neçə saatdan sonra dünyasını dəyişib.
Həkimlər onun ölümünün həddən artıq çox qidalanmadan qaynaqlandığını təsdiq edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin