Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renat Dadaşovun komandası ''Qalatasaray''ı məğlub edib

Renat Dadaşovun komandası ''Qalatasaray''ı məğlub edib

Tarix: 11 Noyabr 2023 22:38

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunun heyətində növbəti oyununa çıxıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətdə başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" 17 xalla 9-cudur, lider "Qalatasaray"ın 31 xalı var.


Etiketlər:  Renat Dadaşovun komandası Qalatasarayı məğlub edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ