Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 21:56
İsrailin HƏMAS silahlılarını zərərsizləşdirmək məqsədilə Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 11 mini keçib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müharibə nəticəsində ölənlərin sayı 11 180 nəfərə çatıb. Qurbanlar arasında azı 4 609 uşaq var.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.
İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.