Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 05:42
Uzun müddət cinsi əlaqənin olmaması bədəndə problem və hər hansı xəstəlik yaradırmı? Bu son zamanlar həm evli, həm subay insanların cavab axtardığı sualdır.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, androloq Azər Mirzəyev bu barədə açıqlama verib.
"Orqanizmdə elə hormonlar var ki, cinsi funksiya nəticəsində hasil olur. Hipofiz tərəfindən hasil olan endorfin də məhz cinsi fəaliyyət nəticəsində ifraz olur. Bu hormona həzz və xoşbətxlik hormonu da deyilir.
Bəzi qidalar: şokolad, çiyələk, dondurma kimi qidaları yedikdə də həmin hormon hasil olur.
Eləcə də idman bu hormonu artırır.
Amma insanın özünü daha yaxşı hiss etməsində ən böyük rolu olan cinsi münasibətdir.
Çox təəssüf ki, bəzən uzunmüddət iş, səfər, tənhalıq, stress, gərginlik səbəbindən ailələrdə və partnyorlar arasında cinsi münasibət olmur.
Bunun nəticəsində kişi və qadın orqanizmində müəyyən dəyişikliklər baş verir:
Ilk növbədə xoşbəxtlik hormonu ifraz olunmur, orqanizm getdikcə emosional tükənmə yaşayır.
Hormonal sferada dəridə kollagen lifləri hasili pozulur, bu da dərinin tec qocalmasına səbəb olur.
Qadınlarda ginekoloji xəstəliklər: mastopatiya, mioma, xoşxassəli şişlər baş qaldıra bilər.
Kişilərdə isə erkən andropauzanın baş verməsinə, erektil disfunksiya və dəri problemləri,
depressiyaya səbəb ola bilir".