Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı

Tarix: 13 Noyabr 2023 15:28

Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Milli.Az-a verilən məlumata görə, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında "Ən yaxşı hakimliyə görə" kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa "Top-16" kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

Milli.Az


Etiketlər:  Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı


RƏYLƏR