Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu müharibə artıq Livana keçib və daha da genişlənəcək”

“Bu müharibə artıq Livana keçib və daha da genişlənəcək”

Tarix: 13 Noyabr 2023 15:48

"İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Tasnim" agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: "Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək".

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  müharibə artıq Livana keçib daha genişlənəcək


RƏYLƏR