Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 18:10
Müğənni Səmra Rəhimli instaqramda izləyicilərinin suallarını cavablandırıb.
Sonxeber.net olay-a istinadla xəbər verir ki, sənətçi bir izləyicisinin "Bəd nəzərə inanırsan" sualına bu cavabı verib:
"Gic-gic şeylərə inanmıram. Nə göz dəyməsi, nə də başqa şey. Hər kəs öz neqativində boğulur. Onu bilirəm. Paxıllıq və ya kiminsə nəyindəsə gözü olmaq insanın enerjisini azaldır, özünü mənəvi yoxsullaşdırır. Gözü olduğu adamı yox. Əgər yaxşı olmaq istəyiriksə, enerjimizi təmiz saxlayaq".