Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynada nə qədər döyüşçü itirib? - Açıqlama

Rusiya Ukraynada nə qədər döyüşçü itirib? - Açıqlama

Tarix: 15 Noyabr 2023 07:12

Rusiyanın Ukraynada itirdiyi döyüşçülərinin sayı 300 min nəfəri ötüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət naziri Ceyms Hippey kölgə Kabinetinin üzvü Con Hileyin sorğusuna cavabında bildirilib. O, qeyd edib ki, 2022-ci ilin fevralından bəri Ukraynada təxminən 302 min Rusiya hərbçisi həlak olub və ya yaralanıb, həmçinin müharibə boyunca on minlərlə Rusiya əsgəri fərarilik edib.

Əlavə edib ki, müharibə dövründə Rusiya 7 117 zirehli texnikası, 2 475 döyüş tankı, 93 sabit qanadlı aviasiya vasitəsi, 132 helikopteri, 320 PUA itirib, həmçinin 16 gəmisi batırılıb və ya zədələnib, 1300-dən çox artilleriya sistemi məhv edilib.

Ceyms Hippey Rusiya üçün döyüşən özəl hərb şirkətlərinin döyüşçü itkilərinin sayının müəyyənləşdirilməsinin mümkün olmadığını qeyd edilib. Əlavə edib ki, bu itkilər Rusiyanın rəsmi bəyan etdiyi həlak olanların siyahısında yer almır.


Etiketlər:  Rusiya Ukraynada qədər döyüşçü itirib Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ