Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 08:42
Ermənistan sürətlə silahlanmağa davam edəcək, KTMT-dən uzaqlaşacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib:
"Ermənistan Avropa İttifaqının mülki missiyasının genişləndirilməsini alqışlayır və regionlaşma və qonşu ölkələrlə əməkdaşlıq prinsiplərinə zidd olmadan gələcəkdə Fransa, Hindistan və digər ölkələrdən silah almaq imkanını nəzərdən keçirir".
Ermənistanın İctimai Televiziyasının efirində sualları cavablayan Armen Qriqoryan daha sonra deyib: "Bizim KTMT-nin yürütdüyü siyasət və Ermənistana münasibəti ilə bağlı suallarımız var. Həmkarlarımızın bu suallara cavab verəcəklərini gözləyirik".
O, Ermənistanın bu vəziyyəti nəzərə alaraq niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib: "Bizim siyasətimizi davam etdirməyin ən yaxşı yolu budur".