Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi - FOTO

San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi - FOTO

Tarix: 15 Noyabr 2023 14:18

San-Fransisko sakinləri möhtəşəm olduğu qədər təhlükəli hadisənin şahidi olublar. Belə ki, ABŞ-də tanınmış "Bandaloop" rəqs qrupunun üzvləri şəhərin ən hündür binası olan "Transamerica" Piramidasının divarında şaquli vəziyyətdə rəqs ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sakinlər əvvəlcə binanın üzərində narıncı kombinezonlardakı trionu görəndə heyrətə gəliblər. Az sonra bunun sadəcə qrup üzvlərinin rəqsi olduğu aydınlaşıb. Bununla belə sakinlər narahatlıqlarını gizlədə bilməyiblər. Onlar qrupun bu fəaliyyətini "ölüm rəqsi" kimi qiymətləndiriblər.

O da vurğulanır ki, qrupun bu fəaliyyəti heç bir nümayişin və ya aksiyanın bir hissəsi olmayıb.

Qeyd edək ki, "Transamerica" Piramidası dünyanın ən hündür binaları siyahısında altıncı yerdədir.

Milli.Az


Etiketlər:  Fransiskonun hündür qülləsində ölüm rəqsi FOTO


RƏYLƏR