Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız evdən qaçdı

Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız evdən qaçdı

Tarix: 15 Noyabr 2023 14:36

Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız itkin düşüb.

Sonxeber.net olke.az-a istinadən bildirir ki, bu barədə televiziyalardan birinin efirində yayımlnanan məişət mövzulu verilişdə məlumat verilib. 

Jurnalist Zülfiyyə Qurbanova deyib ki, E.Z artıq 2-i həftədir axtarılır:

"Aparıcı haqlı olaraq əsas müzakirəni qızın 15 yaşında ərə verilməsinə həsr edir. Məsələ belədir: içki düşkünü ata 15 yaşlı qızını kəndin digər içki düşkünü olan 30 yaşlı dostuna "satıb". Atanın xeyir-duasını alan 30 yaşlı kişi 15 yaşlı qız dərsə gedərkən qaçırıb. E.Z hər dəfə evlərinə qayıtmaq istəyəndə, ata geri qaytarıb. Qız bu "evliliyə" 1 il dözüb, çıxış yolunu evdən qaçıb, gizlənməkdə görüb. Dəhşətli məqam bilirsiz nədir? Məktəblini qaçıran kənd müəlliminin oğludur və bu anormal izdivacın baş tutmasında əsas rolu o oynayıb. Bu da bizim ziyalımız", - deyə o söyləyib.

Qeyd edək ki, yeniyetmə bu ilin 31 oktyabrında itkin düşüb.


Etiketlər:  Azərbaycanda ilin gəlini olan yaşlı qız evdən qaçdı


RƏYLƏR