Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 16:50
Turabi Survivor All Star 2024-də iştirak edə bilməyəcək
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı Turabi-ni Survivor All Star-ın yeni mövsümünün yeddinci iştirakçısı elan edib.
Daha əvvəl iki dəfə yarışda çempion olan Turabi uzun müddət idi ki, səhhətində problem yaşayırdı.
Ötən həftələrdə xəstəxanada müalicə alan Turabi səhhətində yaranan problemlərə görə yarışmada iştirak edə bilməyəcəyini açıqlayıb.