Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı futbolçu vida matçına BU KLUBDA çıxacaq - FOTO

Azərbaycanlı futbolçu vida matçına BU KLUBDA çıxacaq - FOTO

Tarix: 15 Noyabr 2023 20:32

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda "Zenit"ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Qeyd edək ki, noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlanacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə "Neftçi"də çıxış edib, 2011-ci və 2012-ci illərdə komandamızın heyətində Azərbaycan çempionu olub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı futbolçu vida matçına BU KLUBDA çıxacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ