Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DƏHŞƏT: Qızdırmadan 1500 nəfər öldü

DƏHŞƏT: Qızdırmadan 1500 nəfər öldü

Tarix: 15 Noyabr 2023 22:28

Banqladeşdə bir gündə denge qızdırmasından ölənlərin sayı 24-ə çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Səiyyə Xidməti məlumat yayıb.

Ölənlərdən 11-i payataxt Dəkkədədir.

Bununla da cari ildə sözügedən xəstəlikdən ölənlərin sayı 1500-ü keçib, ümumi yoluxma saayı isə 296665 nəfərdir.

Səhiyyə Xidməti bildirib ki, xəstəlikdən 289390 nəfər sağalıb.

Denge qızdırması ağcaqanadlar tərəfindən ötürülən kəskin yoluxucu xəstəlikdir. Əksər hallarda, asemptomatikdir, bu da onun diaqnozunu çətinləşdirir. Əlamətlərinə adətən yüksək hərarət, baş ağrısı, göz, əzələ və oynaq ağrıları, şişkin limfa düyünləri və xarakterik bir səpgi daxildir.

Denge xəstəliyi ən çox Asiya və Latın Amerikasında yayılıb. 2000-ci ildən bəri hadisələrin sayı iqlim dəyişikliyi, miqrasiya və urbanizasiya səbəbindən 8 dəfə artıb. 2022-ci ildə təxminən 4 milyon 200 min denge infeksiyası hadisəsi qeydə alınıb.

Hazırda Denge qızdırmasının ən çox yayıldığı ərazi Banqladeşdir. Bu xəstəliyə qarşı peyvənd 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün hazırlanır.

Milli.Az


Etiketlər:  DƏHŞƏT Qızdırmadan 1500 nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ