Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

Tarix: 5 Noyabr 2019 12:00

Bakı. Trend:

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günü çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Bayrağı Günü münasibətilə Açıq qapı günü andiçmə mərasimi keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ