Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 19:16
CZN Burak ləqəbli Məhəmməd Burak Özdemir və atasının məhkəməsi davam edir.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim qarşısına çıxan Özdemir atasını günahlandıraraq, "Mənim təmirlə bağlı heç nədən xəbərim yoxdur" deyib.
İclasda müdafiə çıxışı edən Özdəmir:
"Məsələ ilə atam məşğul idi. O, təmirə başladığını və bütün icazələri aldığını söylədi. Təmirlə bağlı heç bir tədbir görməmişəm. Mən Atamın Mədəni İrsi Mühafizə İdarəsindən icazə alıb-almadığını bilmirəm, o mənə lazımi icazələri aldığını söylədi" .
Müvəqqəti qərarını elan edən məhkəmə çatışmayan məsələlərin həllinə göstəriş verərək iclası təxirə salıb.