Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin qonşu ölkə ilə bağlı planı – “Heç vaxt...”

Putinin qonşu ölkə ilə bağlı planı – “Heç vaxt...”

Tarix: 16 Noyabr 2023 23:22

Rusiya Prezidenti Vladimir Putinin məqsədi Ukraynanı Qərbin gözündə heç vaxt olmamış dövlət etməkdir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Financial Times" yazır.

"Putin bu gün Ukraynadakı münaqişəni Qərblə "əbədi müharibə"nin bir hissəsi kimi görmür. Onun məqsədi artıq rusiyayönlü Ukrayna yaratmaq deyil, qərbyönlü Ukraynanın uğursuz dövlətdən başqa bir şey olmayacağını və istənilən halda Qərbin Ukraynaya dəstəyinin sonda dayandırılacağını göstərməkdir", - məqalədə bildirilir.

Britaniya nəşri qeyd edir ki, Ukraynada müharibənin ilk aylarında Kreml "xüsusi hərbi əməliyyatı"nın bir neçə həftəyə başa çatacağına və rus qoşunlarının bu ölkədə "xilaskar" kimi qarşılanacağına dair aldadıcı bir inancın məngənəsində olub: "Amma Putinin 2022-ci ildə başlatdığı aqressiv müharibə indi aparılan müharibə ilə eyni deyil".

Mənbə qeyd edir ki, hazırki situasiyada Qərbin üzləşdiyi çağırış ABŞ-ın "soyuq müharibə"nin ilk illərində Qərbi Almaniyada üzləşdiyi problemlərə heyrətamiz dərəcədə bənzəyir.

"Qərb sübut etməlidir ki, Ukrayna investorların pullarını qoymağa hazır olduğu yerdir: müharibənin sonuna qədər "Patriot" raketləri ilə qorunacaq. Ukrayna həm də hazırda vətənlərindən kənarda yaşayan çoxlu sayda ukraynalının geri qayıtmağa hazır olduğu ölkə olmalıdır. Nəhayət, Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar hətta müharibə davam edərkən də başlamalıdır", - məqalədə deyilir.


Etiketlər:  Putinin qonşu ölkə ilə bağlı planı Heç vaxt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ