Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda universitetdə partlayış - Ölən və yaralananlar var

İrəvanda universitetdə partlayış - Ölən və yaralananlar var

Tarix: 17 Noyabr 2023 10:44

İrəvan Dövlət Universitetində partlayış nəticəsində ən azı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Universitetin Kimya fakültəsinin anbarında baş verən partlayışda yaralananların olduğu da bildirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi və təcili yardım maşınları işləyir.

-------

10:26

İrəvan Dövlət Universitetində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

İlkin məlumata əsasən, partlayış universitetin kimya kafedrasının binasında baş verib.

Hazırda partlayışın baş vermə səbəbini araşdırmaq üçün hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Milli.Az


Etiketlər:  İrəvanda universitetdə partlayış Ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ