Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 05:16
Məşhur aktyor Maykl Fassbender "Bayern"in futbolçusu Harri Keynin Dortmund "Borussiya"sı ilə oyundakı qol sevincini bəyənib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, üçüncü qoldan sonra ingilis forvard üç barmağını alman üslubunda qaldırıb və Fassbenderin Quentin "Şeytansız əclaflar" filmindəki ən məşhur personajlarından birinin jestini təkrar edib.
"Mən düşündüm ki, əladır! Dostum bu şəkli mənə "WhatsApp"da göndərdi. Əla olduğunu düşündüm. Bu filmin bir hissəsi olmaq, mənim qəhrəmanım Tarantinonun jestinin təkrarlandığını görəndə özünüzü çox xoşbəxt hiss edirsiniz. Filmin nümayişindən sonra belə simvolik səhnələrin davam etməsi çox gözəldir", - deyə Fassbender açıqlamasında bildirib.
Qeyd edək ki, Fassbender həmin filmdə ingilis və alman dillərini mükəmməl bilən britaniyalı hərbçi, nasistlərə sızmaq vəzifəsi daşıyan leytenant Arçi Hikoksun rolunu oynayıb. Bununla belə, Hikoks böyük bir səhvə yol verir: o, ingilislər kimi - şəhadət, orta və üzük barmaqları ilə 3 viski sifariş edir. Almanlarda isə o işarə zamanı baş barmaqdan istifadə edilir. Hikoksun səhvi onun ölümünə səbəb olur.