Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kremlin planı işə düşdü – Donetskdə vəziyyət dəyişir

Kremlin planı işə düşdü – Donetskdə vəziyyət dəyişir

Tarix: 18 Noyabr 2023 14:56

Ukraynanın Donetsk vilayətinin işğal olunmuş ərazilərində Mərkəzi Asiya və Şimali Qafqazdan olan işçilərin sayı artır.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

İlk növbədə, bu, regionun cənubuna, xüsusən də artıq 30 mindən çox miqrantın yaşadığı işğal olunmuş Mariupol şəhərinə aiddir.

Mərkəz qeyd edir ki, bu bölgələrdən olan miqrantlar aşağı əmək haqqı müqabilində tikinti layihələrində işləməyə hazırdırlar. Eyni zamanda, yerli sakinlər arasında işsizlik səviyyəsi artır, bu, Donetsk vilayətinin bəzi ərazilərində artıq 50 faizə çatıb.

Məlumatda qeyd edilir ki, Moskva bununla işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, yerli sakinlərin işsizlik və humanitar fəlakət ucbatından tərk etmək məcburiyyətində qalması, onların yerinə isə Rusiyaya sadiq miqrantların gətirilməsi siyasətini həyata keçirir.


Etiketlər:  Kremlin planı işə düşdü Donetskdə vəziyyət dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ