Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 18:32
Xəbər verdiyimiz kimi, "Əl Şifa" xəstəxanasına basqın edən İsrail əsgərləri xəstəxanadakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Şifa xəstəxanasının həkimi Munir əl-Bərş İsrail ordusunun bir saat ərzində tibb müəssisəsinin boşaldılmasını əmr etdiyi zaman baş verənlərdən danışıb.
Əl-Bərş bildirib ki, təxminən 450 xəstə təxliyə edilib, 120-yə yaxın xəstə isə hərəkət edə bilmədiyi üçün geridə qalıb. "Xəstəxana direktoru, digər dörd həkim və kiçik bir tibb bacısı onlara kömək etmək üçün qaldı" - o deyib.
Fələstinli həkim sözlərinə əlavə edib:
"Xəstələrin çoxu əlil arabalarına və ya təkərli çarpayılara qoyulmuşdu. Ailə üzvləri yaralı uşaqlarını və ya valideynlərini özləri daşımalı oldular. Bunlar dəhşətli, görünməmiş səhnələrdir".