Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Plyavinin ölüm səbəbi məlum oldu

Plyavinin ölüm səbəbi məlum oldu

Tarix: 18 Noyabr 2023 23:55

Rusiyanın məşhur "Bi-2" və "Dyuna" qruplarının keçmiş üzvü Viktor Plyavinin ölüm səbəbi məlum olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.

"O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem səbəbindən vəfat edib", - deyə bildirilib.

Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye qəbiristanlığında baş tutacaq.

Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım çağırıb.


Etiketlər:  Plyavinin ölüm səbəbi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ