Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Babayevdən Doğuşun xəyanət iddialarına reaksiya

Arif Babayevdən Doğuşun xəyanət iddialarına reaksiya

Tarix: 20 Noyabr 2023 16:10

Xalq artisti Arif Babayeva "Günaydın Azərbaycan" verilişinə görüntülü zəmg edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə aparıcı Xoşqədəm Baxşəliyeva ilə türkiyəli müğənni Doğuş haqqında çıxan ayrılıq xəbərlərinə münasibət bildirib. 

Doğuşu efirdə görən Babayev "Doğuş, yaman bikefləmişdik. Şükür, gəlib çıxdın" deyə söyləyib. 

Xanəndə daha sonra "Allah canını sağ eləsin, gəldi çıxdı. Balaca hərəkəti var idi, şükür, yalan imiş. Həmişə birlikdə olun" sözlərini əlavə edib.

Qeyd edək ki, Esra adlı qadın Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişinə gələrək, Doğuşun onunla dini nikaha girdiyini deyib.  

Milli.Az


Etiketlər:  Arif Babayevdən Doğuşun xəyanət iddialarına reaksiya


RƏYLƏR