Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Pentaqon rəhbəri ilə görüşdü

Zelenski Pentaqon rəhbəri ilə görüşdü

Tarix: 20 Noyabr 2023 22:26

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Zelenski "X" hesabında yazıb.

Ostin qeyd edib ki, onun üçün bu görüş ABŞ-nin Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləmək üçün fürsətdir.

"ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləmək üçün bu gün Kiyevdə Prezident Zelenski ilə görüşmək şərəfinə nail oldum. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın bilavasitə döyüş meydanında və uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcəyik", - deyə Pentaqon rəhbəri yazıb.

Qeyd edək ki, Lloyd Ostin Kiyevdə rəsmi səfərdədir.

Milli.Az


Etiketlər:  Zelenski Pentaqon rəhbəri ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ