Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ən varlı qadını ''əvvəl uşaq dünyaya gətir, sonra məktəbə get'' fikrinə qarşı çıxdı

Rusiyanın ən varlı qadını ''əvvəl uşaq dünyaya gətir, sonra məktəbə get'' fikrinə qarşı çıxdı

Tarix: 20 Noyabr 2023 23:10

Rusiyanın "Wildberries" şirkətinin qurucusu və "Forbes"a görə Rusiyanın ən varlı qadını Tatyana Bakalçuk son günlərdə Rusiyada qadınlara yönəlik ideoloji təbliğatdan narazı qalıb.

Qeyd edək ki, Rusiya Federasiyasında Kremlə yaxın bəzi təbliğatçılar rus qadınlarının öncə uşaq dünyaya gətirməsi, ondan sonra təhsil almalı olduğunu açıq şəkildə dilə gətirirlər.

Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Tatyana Bakalçuk bununla bağlı fikirlərini "Kommersant" qəzeti ilə bölüşüb.

"Heç kimə heç nə tətbiq edilə bilməz. Əgər qız ilk növbədə ailəsinə və uşaqlarına qayğı göstərmək istəyirsə bu, yaxşıdır və məcburiyyətlə olmaz. Mən "əvvəl uşaq dünyaya gətir, sonra karyera qur" fikrinə qarşıyam".

Bakalçukun sözlərinə görə, 20 yaşında olarkən evləndiyi üçün onu işə almayıblar, çünki işəgötürən onun analıq məzuniyyətinə gedəcəyinə inanırmış. "Analıq məzuniyyətinə getdim və sonra "Wildberries"i qurdum. Lakin mən üç qızıma ayağa qalxmamış ərə getməyi tövsiyə etməyəcəyəm",-deyə o bildirib.

"Wildberries"in təsisçisinin fikrincə, müasir iqtisadiyyat qadınlara ailə və karyera arasında seçim etməməyə imkan verir. Onun sözlərinə görə, əsas odur ki, ailəni və karyeranı necə birləşdirməyi bacarmaq lazımdır.

"Forbes" Tatyana Bakalçukun sərvətini 7 milyard dollar qiymətləndirir - o, Rusiyanın ən varlı qadınıdır.


Etiketlər:  Rusiyanın varlı qadını əvvəl uşaq dünyaya gətir sonra məktəbə fikrinə qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ