Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 16:52
Uels millisinin baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Real"ın hücumçusunun zədəsinin ciddi olmadığını deyib:
"Mən onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Mənə ilk oyuna qədər hazır olacağını söylədi. Bizim üçün ən ideal variant Beylin millinin matçlarında qədər "Real"la oyunda iştirakıdır".
Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.
Xatırladaq ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.