Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanla imzalanan sazişin təsdiqi barədə FƏRMAN

Özbəkistanla imzalanan sazişin təsdiqi barədə FƏRMAN

Tarix: 21 Noyabr 2023 13:39

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Milli.Az


Etiketlər:  Özbəkistanla imzalanan sazişin təsdiqi barədə FƏRMAN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ