Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günahsız olduğu üzə çıxdı, klubunu məhkəməyə verdi - 10 MİLYONLUQ İDDİA

Günahsız olduğu üzə çıxdı, klubunu məhkəməyə verdi - 10 MİLYONLUQ İDDİA

Tarix: 21 Noyabr 2023 22:08

Benjamin Mendi sabiq klubu "Mançester Siti"ni məhkəməyə verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Cinsi zorakılıq iddiaları səbəbindən futbol oynamasına qadağa qoyulan Mendi həmin dövrdə - 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna qədər ödənilməmiş maaşına görə "şəhərlilər"dən təzminat istəyir. Söhbət 10 milyon funt sterlinqdən gedir.

Bu ilin iyul ayında Benjamin barədə araşdırma başa çatıb və o, təqsirli bilinməyib. Bundan sonra o, azad agent kimi Fransa təmsilçisi "Loryan"a keçib.

Qeyd edək ki, Mendinin Mançester təmsilçisindəki həftəlik məvacibi 100 min funt sterlinq olub.

Milli.Az


Etiketlər:  Günahsız olduğu üzə çıxdı klubunu məhkəməyə verdi 10 MİLYONLUQ İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ