Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin Mahmudovun qolu Avropada ən yaxşı seçildi - VİDEO

Emin Mahmudovun qolu Avropada ən yaxşı seçildi - VİDEO

Tarix: 21 Noyabr 2023 23:40

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub.

Qeyd edək ki, "Neftçi"nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.


Etiketlər:  Emin Mahmudovun qolu Avropada yaxşı seçildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ