Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zeynəb Xanlarovanın bacısı oğlu hakim qarşısında - FOTO

Zeynəb Xanlarovanın bacısı oğlu hakim qarşısında - FOTO

Tarix: 22 Noyabr 2023 12:35

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun da təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub.

Milli.az Report-a istinadla xəbər verir ki, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Polisin nəzarəti altına verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza alıb. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum edilib.

Onlar hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin qərarından da narazı qaldıqları üçün Ali Məhkəməyə müraciət ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.


Etiketlər:  Zeynəb Xanlarovanın bacısı oğlu hakim qarşısında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ