Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

Tarix: 23 Noyabr 2023 17:32

II Liqa komandası "Dinamo"nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

Milli.Az "report"a istinadən bildirir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Göygöl" ilə oyunda hakimləri təhqir etməsi olub.

Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan "Dinamo" ölkə kuboku ilə vidalaşıb.

Milli.Az


Etiketlər:  AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı


RƏYLƏR