Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşə düzəltmək adı ilə onun dörd min manatını MƏNİMSƏDİLƏR - VİDEO

İşə düzəltmək adı ilə onun dörd min manatını MƏNİMSƏDİLƏR - VİDEO

Tarix: 23 Noyabr 2023 17:54

10 manat qarşılığında, 30, 70 manat qarşılığında isə 120 manat pul ödəyiblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Şamaxı sakinin fırıdlaqçı sosial şəbəkə vasitəsi ilə aldadaraq pullarını belə mənimsəyib. 

Zərərçəkmiş Yunis Quliyev deyir ki, ''votsap''-da tanımadığı bir nəfər ona iş təkilifi edib. Fırıldaqçı ona bildirib ki, ''telegram'' hesabından ona video göndərib ki, həmin videoları bəyənsin. Qarşılığında pul qazanacaq.

1590 manat ödəniş edən Yunis Quliyevə yenidən sms gəlib ki, siz sistemdə blokdasız. Təkrar həmin məbləği ödəyin ki,  blokdan çıxa biləsiz. Tanışından borc aldığını deyən Yunis Quliyev yenidən həmin bank hesabına 1590 manat ödəniş edib.

Hüquqşünaslar bildirir ki, bu cinayət əməlidir və cinayət məcəlləsində dələduzluq maddəsinə töfsiv edilir.

Hüquqşünas Kamandar Hüseynov vətəndaşlara tövsiyyə edir ki, bilmədikləri, tanımadıqları heç bir əməliyyatlara girməsinlər.

Əks halda şəxsi məlumatları ilə yanaşı, külli miqdarda da ziyana düşə bilərlər.

Qeyd edək ki, Yunis Quliyev başına gələnlərlə bağlı hüquq mühafizə orqanlarına da müraciətr edib. Onu aldadan şəxs və ya şəxslərin axtarışları aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  İşə düzəltmək adı ilə onun dörd min manatını MƏNİMSƏDİLƏR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ