Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təzyiqi salan qidalar

Təzyiqi salan qidalar

Tarix: 24 Noyabr 2023 08:00

Britaniya və amerikan alimləri birgə elmi tədqiqatlarında sübut ediblər ki, flavanollarla zəngin qida, dieta qan təzyiqini 4 mm civə sütunu salır.

Milli.Az xəbər verir ki, onlar 23 min insan üzərində araşdırma aparıblar.

"Bu elmi tədqiqat obyektiv nəticəyə gəlməyə kömək etdi. Çay, alma və giləmeyvələrdə olan flavanollar təzyiqi tənzimləməyə kömək edir. Ona görə də yülsək təzyiqdən əziyyət çəkənlər adi dieta ilə bu problem həll edə bilərlər" - deyə diyetoloq Qünter Kunle bildirib.

Flavanollar çay, kakao, almada çoxdur. Onlar sərbəst radikalları da zərərsizləşdirir. Təzyiq xəstələri bu qidaları yeməli və Aralıq dənizi menyusu ilə qidalanmalıdır.

Qeyd edək ki, digər tədqiqatda alimlər təzyiq xəstələrinə gündə 50 ml vişnə şirəsi içməyi tövsiyə etmişdilər. /medicina.az

Milli.Az


Etiketlər:  Təzyiqi salan qidalar


RƏYLƏR