Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 12:06
Qarabağ separatçılarının sonuncu "rəhbər"i Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyasının iclasında iştirak edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Armlur.am" yayıb.
İclas qapalı şəraitdə keçirilir.
Qeyd edək ki, noyabrın ortalarında yayılan məlumata görə, Şahramanyan sözügedən komissiyanın rəhbəri Andranik Koçaryanın iclasda iştirakla bağlı təklifini qəbul edib.