Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli De Byaziyə söz atdı - FOTO

Mahir Emreli De Byaziyə söz atdı - FOTO

Tarix: 24 Noyabr 2023 13:42

Azərbaycan millisinin futbolçuları sabiq baş məşqçi Canni De Byazinin açıqlamasına cavab verən Qara Qarayevin paylaşımına şərh yazıblar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Mahir Emreli, Araz Abdullayev kimi oyunçular Q.Qarayevə dəstək olublar. 

Mahir Emreli sabiq komanda yoldaşının paylaşımına maraqlı rəy yazıb. O, "sağdan sağla, soldan solla qaldır" deyə şərh bildirib. Böyük ehtimalla Zaqreb "Dinamo"sunda çıxış edən forvard De Byazinin məşqlərdə verdiyi tapşırıqların anlaşılmaz olduğuna işarə vurub. 

Araz Abdullayev şərh yazaraq Qarayevə dəstəyini nümayiş etdirib. 

Bundan başqa "Qarabağ"ın sabiq qapıçısı Vaqne da Silva da paylaşıma şərh yazıb.  

Qeyd edək ki, Canni De Byazi müsahibəsində Qara Qarayevin milliyə çağırılmama səbəbini açıqlamışdı. 

Milli.Az


Etiketlər:  Mahir Emreli De Byaziyə söz atdı FOTO


RƏYLƏR