Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkəni hədələdi: Cavab veriləcək!

Rusiya bu ölkəni hədələdi: Cavab veriləcək!

Tarix: 24 Noyabr 2023 22:54

Biz Moldovanın AB-nin Rusiya əleyhinə sanksiyalarına qoşulmasını kollektiv Qərbin antirusiya kampaniyasına tamamilə inteqrasiya olunmuş Moldova rəhbərliyinin növbəti düşmən addımı kimi qiymətləndiririk. Onun məqsədi rəsmi Kişinyovun günahı ucbatından onsuz da çox acınacaqlı vəziyyətdə olan Rusiya-Moldova münasibətlərini tamamilə məhv etməkdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Moldova rəhbərliyinin bu cür dağıdıcı kursu Rusiyaya qarşı hədsiz dərəcədə mehriban və çoxşaxəli ikitərəfli əməkdaşlığı saxlamaqda və inkişaf etdirməkdə maraqlı olan ölkə sakinlərinin maraqlarına demək olar ki, cavab vermir.

Moldova tərəfinin qərarı cavabsız qalmayacaq. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək", - o qeyd edib.


Etiketlər:  Rusiya ölkəni hədələdi Cavab veriləcək


RƏYLƏR